Valideynin məktəbdə bir günü

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 28.01.2019 - cu il tarixli F- 66 № - li əmrini əsas tutaraq məktəb üzrə hazırlanmış tədbirlər planına əsasən məktəbin bütün siniflərindən valideynlərin iştirakı ilə 19.02.2019-cu il tarixdə  "Valideynin məktəbdə bir günü" adlı layihə həyata keçirilib. Layihənin keçirilməsində əsas məqsəd valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığını təmin etməkdən ibarət idi.

      İclas Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başladı. Məktəbin direktoru  tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev valideynlərin qarşısında çıxış edərək məktəbin şagirdlərinin qazandıqları uğurlardan, bilik yarışlarında, müsabiqələrdə, olimpiadalarda birinci yer tutan şagirdlərdən, ölkəmizdə təhsil sahəsində gedən genişmiqyaslı islahatlardan söhbət açdı. Cəmiyyət üçün savadlı, vətənpərvər, yüksək mənliyə, mənəvi dəyərlərə malik şəxsiyyət yetişdirmək istiqamətində müəllim-valideyn, məktəb-valideyn münasibətlərinin ön planda olmasından  danışdı. Valideynləri maraqlandıran suallar ətraflı cavablandırıldı və valideynlərin məktəblə birgə fəaliyyətdə olmağı tövsiyə edildi.

 Həmçinin iclasda məktəbin  təlim-tərbiyə işləri üzrə direktor müavini Tofiq Hüseynov, Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Sevil Əlizadə, məktəbin psixoloqu Mehriban Həsənova fəaliyyət planına uyğun olaraq müxtəlif mövzularda çıxış etdilər. Sonra valideynlər məktəblə yaxından tanış olmaq məqsədilə məktəbin idman zalı, yeməkxana, kitabxana, Akt zalı, müəllimlər otağı, fizika, kimya, biologiya, informatika laboratoriyaları, həkim və psixoloq otaqları və məktəbin bütün sinif otaqlarında oldular. 

            Tədbirin sonunda valideynlər Akt zalında məktəbin istedadlı şagirdlərindən təşkil olunmuş öz fəaliyyət qrupunun iştirakı ilə konsertə dəvət olundular. Şagirdlərin ifasında bir - birindən gözəl musiqi və rəqs nümunələri təqdim olundu.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi