“Dəyirmi masa”

34 nömrəli tam orta məktəbdə ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Dəyirmi masa” təşkil olundu. Anım tədbirlərində ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən məktəbin direktoru Rəhman Hacıyev  dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən danışıdı. Azərbaycan xalqının ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrindəki dirçəlişin məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsində olduğunu deyən direktor müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan bəhs etdi. Tədbirdə çıxış edən məktəblilər ümummilli liderin rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində “Əsrin müqaviləsi”nin imzalandığı, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi nəhəng transmilli layihələrin təməlinin qoyulduğu xatırladılar. Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasətin, eləcə də strateji kursun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunudu. Şagirdlər  bu siyasətin nəticəsində Azərbaycanın davamlı və dinamik inkişaf edən ölkəyə çevrildiyini, beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazandığını nəzərə çatdırdılar.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi