“Diqqət uşaqlar!”

Oktyabrın 2-də 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 34 nömrəli tam orta məktəbdə Daxili İşlər Nazirliyinin keçirdiyi “Diqqət uşaqlar!” təhlükəsizlik aylığı çərçivəsində “Yollarda qəzasız bir gün” devizi altında DYP əməkdaşları ilə görüş keçirildi. Məqsəd yol hərəkət qaydalarını məktəblərdə təbliğ etmək, uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin sayını azaltmaqdan ibarətdir.Görüşdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, “Həyat” Beynəlxalq Humanitar Təşkilatının sədri Azər Allahverənov, 34 nömrəli məktəbin direktoru Rəhman Hacıyev, müəllimlər, valideynlər, KİV nümayəndələri, 80-dən çox ibtidai sinif şagirdi iştirak etdi.Tədbirdə DYP əməkdaşları uşaqların suallarını cavablandırdı, onları yol hərəkəti qaydalarına düzgün əməl etməyə çağırdı. Uşaqlarla mövzu ilə bağlı viktorina keçirildi. Fərqlənən uşaqlara yol hərəkəti qaydalarına aid əyani vəsaitlər paylanıldı.Tədbirin bütün iştirakçılarına “Azərsun Holdinq”-in hədiyyələri verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi