Xocalı harayı

34 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 26–cı il dönümü qeyd olunudu. Xarici Dil Aylığı çərçivəsində şagirdlər Xocalı faciəsi və milli qəhrəmanlarımız haqqında çoxlu plakat və qəzet hazırlayıb, faciə haqqında öz fikirlərini bildirdilər. Əvvəlcə Xocalıda amansızlıqla qətlə yetirilən soydaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yadd edildi. Daha sonra “Xocalı harayı”adlı qısametrajlı sənədli filim təqdim olundu. Anım tədbirində çıxış edən məktəblilər ingilis dilində Xocalıda baş verən dəhşətli soyqırımdan geniş məruzə ilə çıxış ediblər. Tədbirin sonunda məktəbin direktoru Rəhman Hacıyev bildirdi ki, İyirmi altı il əvvəl erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər.Vurğuladı ki,1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir. Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış həmin gecədə erməni silahlı dəstələri hələ SSRİ dövründən Xankəndi şəhərində yerləşən, şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə qədim Xocalı şəhərini yerlə-yeksan etdilər. Xocalı faciəsi 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Xalqımız qəti əmindir ki, ədalət mütləq yerini tutacaq, Xocalı faciəsi soyqırımı kimi tanınacaq, eləcə də, hazırda Cənubi Qafqazın iqtisadi güc mərkəzinə çevrilən, beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirən, hərbi qüdrəti ilə seçilən Azərbaycan düşmən tapdağı altında olan torpaqlarını azad edəcək, şəhidlərimizin qanı yerdə qalmayacaq, günahkarlar isə layiqli cəzalarını alacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi