“15 sentyabr – Bilik günü”

15 sentyabr 2017-ci il tarixdə 34 nömrəli tam orta məktəbdə “15 sentyabr – Bilik günü” və yeni dərs ilinin başlanması münasibətilə bayram tədbirləri keçirildi. Məktəbliləri təbrik etmək üçün 34 nömrəli tam orta məktəbdə keçirilən bayram tədbirində Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi , məktəbin derektoru Rəhman Hacıyev, məktəbin müəllim və şagird heyəti iştirak etdilər. Öncə məktəbin direktoru Rəhman Hacıyev şagirdləri, müəllimləri və qonaqları salamladı. Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi Sabir müəllim çıxış edərək Bilik günü münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik etdi, onlara yeni dərs ilində uğurlar arzuladı. Müxtəlif dillərdə şeirlər səsləndirən balacalar Cocuq Mərcanlı haqqında kompozisiya göstəriblər.Tədbirin sonunda “İlk Zəng” çalınib və dərs başlanıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi