PEDAQOJİ ŞURA İCLASI KEÇİRİLDİ

14 sentyabr 2017-cı il tarixində 34 nömrəli tam orta məktəbin akt zalında Pedaqoji Şuranın növbəti iclası keçirildi. İclası məktəbin direktoru Rəhman Hacıyev açaraq pedaqoji kollektivi yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi, ölkəmizdə aparılan təhsil siyasətindən, dövlətin təhsilə göstərdiyi diqqət və qayğısından ətraflı danışaraq pedaqoji heyətə yeni tədris ilində müvəffəqiyyətlər arzuladı. . Daha sonra direktor iştirakçıları Pedaqoji Şuranın gündəliyi ilə tanış etdi. İclasın gündəliyində aşağıdakı məsələlər var idi: 1. 2016/2017-ci tədris ilinin yekunu və təhsil sistemində islahatlarla əlaqədar tərbiyə-təhsil sisteminin yaxşılaşdırılması sahəsində yeni dərs ilində kollektivin qarşısında duran vəzifələr. 2. 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi "Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı" mövzusunun həsr olunması.3.Təhsildə keyfiyyət ili çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı məktəbin illik fəaliyyət planlarının təsdiqi.4. 2017-2018-cı tədris ili üçün məktəbin illik planının müzakirəsi və təsdiqi,pedaqoji şuranın planının müzakirəsi və təsdiqi,direktoryanı müşavirənin, direktorun illik, direktor müavinlərinin illik planının, kitabxana iş planının təsdiqi.5. Sinif rəhbərlərinin,dərnək rəhbərlərinin,metodiki şuranın,kabinet müdirlərinin,metodbirləşmə rəhbərlərinin təsdiqi. 6.Şagirdlərə vətənpərvərlik hissinin aşılanması istiqamətində görüləcək işlər haqqında. 7.Bilik yarışına hazırlıqla əlaqədar görüləcək işlər. Gündəlikdə olan məsələlər geniş müzakirə olundu və hər bir məsələ haqqında qərar qəbul olundu. Cari il üçün qarşıda duran məsələlər haqqında kollektivə ciddi tapşırıqlar verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi