VI Respublika fənn müsabiqələri

        Ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən VI Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinin nəticələri məlum olub.
34 nömrəli tam orta məktəbi təmsil edən şagirdlərdən riyaziyyat fənni üzrə Nihad İsmayılov Ədalət oğlu, Ayan Musayeva Asim qızı, Zeynəb Fətəliyeva Kazım qızı, informatika fənni üzrə Asif Mustafayev Rəhman oğlu final turuna vəsiqə qazanıb.

    Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, müvafiq fənlər üzrə iştirakçıların 20 faizi növbəti final mərhələsində iştirak hüququ əldə ediblər. Fənn müsabiqələrinin final mərhələsinin may ayının sonunda keçirilməsi planlaşdırılır.

    Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir. Fənn müsabiqəsi qalibləri beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə dinləyici qismində dəvət ediləcək, eyni zamanda müvafiq ixtisaslar üzrə liseylərə müsabiqədənkənar qəbul olma imkanına sahib olacaqlar

    Final turuna vəsiqə qazanan şagirdlərimizi təbrik edirik !

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi