Yeni dərs ilinin virtual Pedaqoji Şura iclası

Sentyabrın 14-ü tarixində 2020/2021-ci yeni tədris ili ilə bağlı pedaqoji kollektivin iştirakı ilə onlayn şura iclası  keçirilib. İclası giriş sözü ilə məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev açaraq 2019-2020-ci tədris ilinin yekunları, növbəti ildə qarşıda duran vəzifələr barədə məlumat verib. Rəhman Hacıyev çıxış edərək, pedaqoji kollektivi mövcud pandemiya vəziyyəti ilə bağlı Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş tələblər və təlimatlarla ətraflı şəkildə tanış edib. Pedaqoji Şurada sağlam mənəvi-psixoloji mühitin yaradılması yolları müzakirə edilib. Bu mövzuda pedaqoji heyətin rəy və təklifləri dinlənilib.

     Gündəlikdəki məsələlərin müzakirəsi və hesabat məruzələri dinlənildikdən sonra 2020-2021-ci tədris ilində görüləcək  işlər və qarşıda duran vəzifələr haqqında danışan Rəhman Hacıyev çıxışında vətəndaş cəmiyyətində hər bir şeyin təhsildən başladığını, Azərbaycanın dünya dövlətləri sırasında özünə layiqli yer tutması, rəqabət qabiliyyətli olmasının əsasında məhz bacarıqlı, təşəbbüskar, dövlət və dövlətçilik təfəkkürünə malik olan gənclərin yetişdirilməsinin dayandığını vurğulayıb.

        İclasda çıxış edən təlim-tərbiyə işləri üzrə direktor müavini Cəmilə Talıbova imtahanlar zamanı koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər, yay tədris tapşırıqlarının nəticələri barədə pedaqoji kollektivə məlumat verib. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Nərmin İbrahimlinin tərbiyə işinin təşkili vəziyyəti, pandemiya dövründə yeniliklərin izlənilməsi, həyata keçirilməsi, məktəbin daxili-intizam qaydaları haqqında hesabatı müzakirə edilib.

        Sonda məktəbin direktoru Rəhman Hacıyev pedaqoji kollektivi 2020-2021 tədris ilinin başlanması münasibətilə təbrik etdi, onlara uğurlar arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi