31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilə aid həsr olunmuş tədbir

      Dekabrın 28-si tarixində məktəbdə 31 Dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il” bayramı ilə əlaqədar şənlik keçirilib. 
   Sonda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Cəmilə Talıbova Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə qonaqları təbrik edərək bu əlamətdar günün əhəmiyyətindən söz açmışdır. Bildirmişdir ki, Dünya Azərbaycanlılarının Həmrəylik gününün əsası 1989-cu il dekabrın sonlarında Azərbaycan Xalq Cəbhəsinin təşkilatçılığı ilə Naxçıvanda SSRİ-İran sərhədlərinin dağıdılması zamanı qoyuldu. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik günü elan etdi. Bundan sonra elə həmin il bayramın bütün ölkədə rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikası Ali Sovetində qərar qəbul olundu. Bu bayramın ilk dəfə dövlət səviyyəsində rəsmən qeyd olunması 1992-ci ildə baş tutdu. Bu əlamətdar günün təsis edilməsi həm də müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə geniş imkanlar yaratmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi