Heydər Əliyev Anım Günü ilə Əlaqədar dəyirmi masa

Dekabrın 12-si tarixində məktəbdə  Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Dəyirmi masa” keçirilmişdir. Əvvəlcə Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 

Şagird və müəllim kollektivinin iştirak etdiyi dəyirmi masada Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinə dair çıxışlar dinlənilmişdir.

             Məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev dövlətin qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat vermiş, Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətindən, gənclərə diqqət və qayğısından danışmışdır. Heydər Əliyev siyasi irsinin dərindən öyrənilməsinin zəruriliyini vurğulayan Rəhman Hacıyev tədbir iştirakçılarına uğurlar arzulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi