Payız tətili ekskursiyaları

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri şagirdləri üçün  payız tətili müddətində çoxsaylı maarifləndirici ev tapşırıqları və ekskursiyalar təşkil olunub.

IV “A” sinif rəhbəri Venera Əliyevanın təşkilatçılığı ilə tətil günlərində məktəblilər Mərkəzi Nəbabət Bağına ekskursiya ediblər. Şagirdlər burada “Ağac və kol bitkiləri”, “Nadir və nəsli kəsilməkdə olan bitkilər”, “Örtülü şəraitdə becərilən bitkilər”lə yaxından tanış olmuşlar və həmçinin ekskursiyalar zamanı qısa mühazirələr oxunub, yaradıcı oyunlar keçirilib.

Tətil günlərində məktəblilərin və valideynlərin birgə vaxt keçirməyi üçün I “A” sinif rəhbəri Pərvanə Həsənova təşkilatçılığı ilə şagirdlər üçün “Mənim Əyləncəli Tətil Günlərim” adlı əyləncəli tapşırılar hazırlamışdır.

Bundan əlavə, digər məktəblilərdə müxtəlif yerlərdə ekskursiyalarda olmuş tarixi abidələr və eksponatlar barədə ətraflı məlumatlar öyrənmişlər.

Qeyd edək ki, tətil günlərində məktəblilər üçün maarifləndirici ekskursiyaların təşkil olunmasında əsas məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında dolğun məlumatları çatdırmaqdan ibarətdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi