Bullinq mövzusunda maarifləndirici seminarlar keçirildi

Bildiyimiz kimi təhsildə keyfiyyətin daha dayanıqlı olması, şagird nailiyyəti, keyfiyyətli təhsil verməni təmin etmək məqsədi ilə məktəbdə 10-16 noyabr tarixlərində şagirdlər və valideynlərə uşaq-birliyi rəhbəri İntizar Əliyeva, psixoloq Şəlalə Abbasova və təşkilatı işləri üzrə direktor müavini Zəhra Həsənova tərəfindən “Bullinq” mövzusunda maarifləndirici seminarlar keçirildi.

Seminarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin göstərişlərinə əsasən şagirdlərə bullinq mövzusunda hazırlanmış təqdimatlar əsasında söhbətlər aparıldı onlara sinifdaxili sağlam dost mühitinin olmasına dair tövsiyyələr verildi.

Sonda şagirdlərə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilmiş “Mənimlə danış” kampaniyasının videoçarxı nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi