Məktəblilərin vətən qarşısında vəzifəsi

Aprel ayının 1-6 da cəbhə xəttində ermənilər tərəfindən atəşkəsin pozulması nəticəsində Azərbaycan hərbçiləri ilə erməni silahlı birləşmələri arasında silahlı toqquşma baş verdi. Azərbaycan ordusu uzunmüddətli deyil, cəmi 3 gün ərzində əks həmlə əməliyyatı keçirdi. Döyüş ərzində işğaldakı ərazilərimizin bir qismi düşməndən təmizləndi. Şəhidlər versək belə bir qisim torpaqlarımızı işğaldan azad etməyi bacardıq. Şəhidlər ölməzdir, qürur yerimizdir, and yerimizdir .Bununla bağlı 13 aprel 2016-cı ildə 329 saylı tam orta məktəbin tarix müəllimi Günel Quluzadənin təşkilatçılığı altında məktəb şagirdlərinin iştirakı ilə tədbir təşkil edildi. Məktəbimizin şagirdləri tərəfindən vətənpərvərliklə bağlı şeirlər söylənildi. Maraqlı məlumatlar verildi. Slaydlar, videoçarxlar göstərildi. Sonda bir dəqiqəlik sükutla vətən yolunda şəhid olan ölməz qəhrəmanlarımızın əziz xatirəsi yad olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi