"Qarabağda dalğalan, bayrağım" adlı tədbir keçirilib

Noyabrın 7-də məktəbin akt zalında Bayraq Günü münasibətilə tərbiyə işləri üzrə direktor müavini Zəhra Həsənovanın təşkilatçılığı ilə “Qarabağda dalğalan, bayrağım” başlığı altında tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Tədbirin keçirilməsinin əsas məqsədi şagirdlərə Dövlət Bayrağı Günü müqəddəs bayrağımız, tarixi keçmişimiz və mənəvi-siyasi dəyərlərimizə daima sevgi və ehtiramı aşılamaqdır.

Sonda məktəbin direktoru Sevil Əliyeva çıxış edərək, Dövlət Bayrağı Gününün bütün azərbaycanlılar tərəfindən qeyd edilməsini milli birliyin nişanəsi adlandırıb və həmçinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə torpaqlarımızın düşmən işğalından azad ediləcəyinə, üçrəngli bayrağımızın doğma Qarabağımızın hər bir guşəsində dalğalanacağına əminlik bildirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi