Azyaşlı şagirdlərin gözündə 9 noyabr-Dövlər Bayrağı Günü

Noyabrın 7-də məktəbin I “A”, IV “A” siniflərində Şəhla Əliyeva və Venera Əliyevanın təşkilatçılığı ilə 9 noyabr-Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq rəsm müsabiqəsi və seminar keçirilib. I “A” sinfində şagirdlər Bayraq Gününə həsr etdikləri rəsmləri nümayiş etdirdilər. IV “A” sinfində təşkil olunan seminarda isə şagirdlərə bayrağımızın yaranma tarixi, ulu öndər Heydər Əliyevin Dövlət bayrağı haqqındakı fikirləri, Azərbaycan bayrağının şanlı tarixi haqqında geniş məlumat verilib.

Müəllimlər şagirdlərə qeyd edərək bildiriblər ki, ölkə başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə təsis edilən Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək göstəricisidir. Sonda şagirdlərə uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı daima uca tutmağı tövsiyə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi