"Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi" müsabiqəsinin məktəb turu keçirildi

Azərbaycan ədəbiyyatının dahi nümayəndəsi, görkəmli şair və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidentinin 11 yanvar 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2019-cu il "Nəsimi ili" elan edilmişdir.

Bakı şəhəri üzrə Təhsil İdarəsinə tabe olan ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdlərinin iştirakı ilə "Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi" müsabiqəsi keçiriləcəkdir. Müsabiqə 3 mərhələdə həyata keçiriləcəkdir: məktəbdaxili mərhələ, rayon mərhələsi və ən sonuncu şəhər mərhələsi.

Bununla əlaqədar olaraq şagirdlər arasında 23 oktyabr tarixində müsabiqənin məktəbdaxili mərhələsi keçirildi. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin mütaliə vərdişlərini, bədii, obrazlı və məntiqi təfəkkürünü, tədqiqat aparma bacarıqlarını inkişaf etdirməklə bərabər, istedadlı, yüksək analitik düşüncə və təhlil qabiliyyətinə malik şagirdlərin çıxarılmasına da xidmət edəcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi