Azərbaycan Uşaq və Gənclərinin Sülh Şəbəkəsi tədbirində şagirdlərimizin uğuru

2018-2019-cu tədris ilində məktəbin IX "A" sinif şagirdləri Qəndab Bağırova və Mirnazim İsalı Dünya Uşaq Hərəkatının tərkib hissəsi olan Azərbaycan Uşaqları və Gənclərinin Sülh Şəbəkəsi nəznində fəaliyyət göstərən "Liderlik məktəb"ində iştirak etdilər. Şagirdlərimiz burada Azərbaycan Respublikasının tanınmış yazıçıları, AMEA-nın Tarix İnstitutunun Müəllimləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri ilə görüşdə oldular. 

Şagirdlərimiz burada öz bacarıq və istedadlarını nümayiş etdirdilər. Şagirdimiz Qəndab Bağırovanın şeir demək qabiliyyəti tədbir iştirakçılarının xüsusi diqqətini çəkdi. 

Tədbirin sonunda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman Elmira Süleymanova və BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi Edvard Karvadini tərəfindən sertifikatla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi