Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib

 Bu gündən etibarən bütün ümumtəhsil müəssisələrində olduğu kimi 329 nömrəli tam orta məktəbdə  də məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb.

2019-2020-ci tədris ilində Venera Əliyevanın rəhbərlik etdiyi qrupda 25 uşaq hazırlıq keçəcək. Məktəbin direktoru Sevil Əliyeva sinif otaqlarında daxil  olaraq ilk dəfə məktəb həyatına qədəm qoyan həyəcanlı balacalara  uğurlar arzuladı.

Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür və 31 may tarixində başa çatır. Bu qruplarda həftədə 4 gün olmaqla, 12 məşğələ keçirilir. Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris edilir.

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi