I və V siniflərdə yeni sosial vəziyyətə uyğunlaşma mövzusunda söhbət aparıldı

Məktəbin psixoloqu Şəlalə Abbasova I və V siniflərdə yeni sosial vəziyyətə yeni müəllimlərə və fənlərə adaptasiyası məqsədilə söhbət apardı.I siniflərdə “Məktəb nə üçün lazımdır?” mövzusunda söhbət apardı və şagirdlər arasında “A.Kern-Yirasek” rəsm metodikasını keçirdi.

Metodika 3 tapşırıqdan ibarətdir:

 

              1.Yazılı hərflərin köçürülməsi.

              2.Nöqtələr qrupunun köçürülməsi.

              3.Kişi şəklinin çəkilməsi.

Hər 3 tapşırığın metodikası əlin incə motorikasının, görmə koordinasiyasının və əqli hərəkətin inkişafının təyin edilməsinə yönəlmişdir. Bütün bunlar məktəb hazırlıq səviyyəsi üçün əsas şərtdir. Bundan əlavə metodikanın köməyilə uşağın intellektual inkişafını, nümunəyə oxşatma bacarığını, diqqətin cəmləşdirilməsi və paylaması səviyyəsinin təyin etmək mümkündür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi