31 mart - Azərbaycanlıların soyqırımı günü

1918-ci il mart ayının 31-də erməni və bolşevik birləşmiş qüvvələri tərəfindən Azərbaycan xalqının başına gətirilən müsibətli faciə, soyqırım Səbail rayonu 329 №-li tam orta məktəbdə yad edildi. Məktəbimizin tarix müəllimi Günel Quluzadə gələcəyimiz olan şagirdlərə tarixi qan yaddaşımızı unutmamağı qeyd edərək, Azərbaycan xalqının başına gətirilən 31 mart soyqırım günü ilə bağlı çıxış və müzakirələr, videoçarxlar təqdim etdi. Şagirdlərə o dəhşət dolu anları xatırlatdı. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarxində baş vermiş faciəli hadislərə milli yaddaşın təzahürü kimi qeyd edildi. Azərbaycanlılıarın kütləvi şəkildə qırğını, represiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhnələri bir daha məktəbimizin şagird və müəllim kollektivinin diqqətinə çatdırılıdı. Sonda soyqırımla bağlı bir dəqiqəlik sükut elan olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi