"Son Zəng" tədbiri keçirilib

     14 iyun tarixində məktəbdə hər il ənənəvi olaraq təşkil olunan təntənəli şəkildə  "Son zəng" qeyd olunub. Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanan tədbir açıq elan edilib.Məktəbin direktoru Sevil Əliyeva  ilk öncə qonaqları, valideynləri, müəllimləri və məzunları bayram münasibəti ilə təbrik edib, müstəqil həyata qədəm qoyan məzunlara uğurlar diləyib və xalqımız üçün layiqli övlad olmalarını arzulayıb. Daha sonra məktəbin ictimai işlərində fəal iştirak edən XI sinif şagirdləri “Fəxri  Fərman”la təltif olundu. 

     Bayram tədbiri şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam edib. Tədbirdə iştirak edən qonaqlar Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi və Qəsəbə Bələdiyyəsinin nümayəndələri çıxış edərək şagirdləri təbrik ediblər. Valideynlər, əvvəlki ilin məzunları və məktəbə dəvət olunan qonaqlar şagirdlərin hazırladıqıları çıxışları izləyib. Sonda XI sinfi bitirən şagirdlər üçün “Son zəng” çalınıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi