İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilən ədəbi-bədii tədbir keçirildi

    4 iyun tarixində məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Lətifə Həşimova və Firavan İmranovanın təşkilatçılığı ilə Azərbaycan xalqının ədəbi və fəlsəfi fikir tarixinə iz qoymuş, Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından mütəfəkkir şair İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirildi. 

    Tədbirdə məktəb rəhbərliyi, pedoqoji kollektiv, şagirdlər və valideynlər iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Şagirdlərin ifasında Nəsimi poeziyasından səslənən nümunələr tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.  Daha sonra onlar şairin edam səhnəsini canlandırdılar və İmadəddin Nəsiminin qəzəllərinin söylədilər.

    Tədbirin sonunda məktəbin direktoru Sevil Əliyeva çıxış edərək Prezident İlham Əliyevin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi haqqında müvafiq sərəncamlarını ölkəmizdə ədəbiyyatımıza göstərilən böyük diqqət və qayğının nümunəsi olduğunu deyib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi