"Narkotik əsrin bəlasıdır, narkotiklərə yox deyək" mövzusunda tədbir keçirildi

    3 iyun tarixində məktəbin akt zalında İTŞ-nin polis mayoru Elmir İskəndərovun rəhəbrliyi ilə "Narkotik əsrin bəlasıdır, narkotiklərə yox deyək" mövzusunda tədbir keçirildi. Tədbiri məktəbin direktoru Sevil Əliyeva çıxış edərək açıq elan etdi. 

    Tədbirdə Səbail RPİ-nin YYÇPİTB-nin əməkdaşları, Bakı şəhəri Narkoloji Dispanserin həkim-narkoloqu və “Həzrət Məhəmməd məscidi” dini icmasının axundu iştirak etmişdir.

    Tədbirdə məktəbin VIII-XI sinif şagirdləri və müəllim kollektivi iştiak etmişdir. Görüşdə müəllim şagird münasibətləri və yetkinlik yaşına çatmayanların hüquq və vəzifələri aspektində ümumi profilaktik söhbətlər aparıldı. Həkim-narkoloq narkotikin insan sağlamlığına olan zərərlərindən ətraflı bəhs etdi. Həmçinin şagirdlər arasında tütün və tütün məmulatlarından istifadə hallarının qarşısının alınması məsələsinə də xüsusi diqqət yetirilmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi