"28 may - Respublika Günü" ilə bağlı dəyirmi masa keçirildi

    28 May Respublika Günü - M.Ə.Rəsulzadənin banisi olduğu Azərbaycan Xalq Cumhuriyyətinin əsasının qoyulduğu gündür.

    Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür.

    Bununla əlaqədar 24 may tarixində məktəbin müşavirə otağında tərbiyə işləri üzrə direktor müavini Zəhra Həsənovanın və uşaq birliyi rəhbəri İntizar Əliyevanın təşkilatçılığı ilə məktəbin tarix müəllimi Günel Quluzadə V "B" sinif şagirdlərinə 28 may Respublika Günü ilə bağlı geniş məlumat verdi. Dəyirmi masa ətrafında söhbətlər aparıldı, video çarxlar nümayiş olundu.

    Həmçinin məktəbin ibtidai sinif müəllimi Şəhla Əliyeva IV "A" sinif şagirdlərinə "28 may - Respublika Günü" ilə bağlı məlumat verdi şagirdlərin bildikləri məlumatlar dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi