"İnsan hüquqları aylığı" çərçivəsində konfrans keçirildi

    22 may tarixində tərbiyə işləri üzrə direktor müavini Zəhra Həsənovanın təşkilatçılığı ilə məktəbin hərbi rəhbəri Eldəniz Niftiyev "İnsan hüquqları" haqqında konfrans keçirdi. Konfransda cəmiyyətdə və dövlətdə yaşayan və fəaliyyət göstərən insanların hüquqlarıŞ məsuliyyətləri barədə söhbət edildi. Azərbaycan Respublikasının Konstitusiyasının II bölməsinin3-cü fəslinə "Əsas insan və vətəndaş hüquq və azadlıqları" şagirdlərə çatdırıldı.

    Əlavə olaraq "Vətəndaşların əsas vəzifələri" şagirdlərə izah olundu. Şagirdlərə məktəbdə davranış qaydaları haqqında ətraflı söhbət edildi. Sonda məktəbin direktoru Sevil Əliyeva çıxış edərək hər bir şagirdin öz hüquq və vəzifələrini, məsuliyyətlərini bilməli olduğunu vurğuladı.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi