"Qartal yuvası" filminin təqdimatı keçirildi

    21 may tarixində Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Seymur Məmmədovun xatirəsinə həsr olunmuş “Qartal yuvası” filminin təqdimatı keçirildi. Məktəbin direktoru, tərbiyə işləri üzrə direktor müavini və 5 nəfər şagirdimiz bu mərasimdə iştirak etdi.

    Mərasimdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək ötən əsrin 90-cı illərin əvvəllərində erməni qəsbkarlarının xalqımız başına gətirdiyi müsibətlərdən söhbət açdı. “Müstəqilliyi əldə etmək asandır, amma onu qoruyub saxlamaq çətindir deye vurğuladı. Daha sonra Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov çıxış edərək bildirdi ki, həqiqətən də şəhidlər varsa, demək vətən də var. Şəhidlər xalqımızın qürur və inam yeridir. Filmin rejissoru Çingiz Həsənov çıxış edərək bu cür ekran əsərlərinin məqsədi respublikamızın  ərazi bütövlüyü uğrunda canından keçən və şəhidlik zirvəsinə ucalan mərd oğul və qızlarımızın vətənpərvərliyini, onların nəsillərə örnək ola biləcək həyat yolunu təbliğ etməkdir. Sonda Milli Qəhrəman Seymur Məmmədovun anası Xurşid Babayeva çıxış edərək şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi, tədbirin təşkilatçı və iştirakçılarına  təşəkkür etdi.

    Çıxışlardan sonra Milli Qəhrəman Seymur Məmmədovun xatirəsinə həsr olunmuş “Qartal yuvası” filmi nümayiş olundu.

    

    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi