Səbail rayonunda “Milli-mənəvi dəyərlərimizin təbliğində gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

    Mayın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Şəhər Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Səbail rayonu 189-190 nömrəli tam orta məktəbdə “Milli-mənəvi dəyərlərimizin təbliğində gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə  DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov və  Samirə Rəhimli, məktəbin direktoru Ceyran Kuliyeva və Səbail məktəblərinin tərbiyə işləri üzrə direktor müavinləri, müəllim, valideyn və şagirdlər iştirak ediblər.

189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Kuliyeva öz çıxışında ümumtəhsil müəssisələrində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması məqsədilə keçirilən maarifləndirici tədbirlərin zəruriliyini qeyd edib.

    Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov Azərbaycan xalqının əsrlərlə qoruyub yaşatdığı zəngin milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişafında gənclərin üzərinə düşən vəzifələrdən söz açmaqla yanaşı, onların İslam dininin tövsiyələrindən istifadə edərək milli-mənəvi dəyərlərimizi hər zaman uca tutmalı olduğunu diqqətə çatdırıb. Tədbirin sonunda  “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi