"Əlçatmaz Zirvə - Heydər Əliyev" başlığı altında təbdir keçirildi

    10 may tarixində tərbiyə işləri üzrə direktor müavini Zəhra Həsənovanın və uşaq birliyi rəhbəri İntizar Əliyevanın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş "Əlçatmaz Zirvə - Heydər Əliyev" başlığı altında təbdir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında başladı. Şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər. Vətənpərvərlik mövzusunda mahnılar səsləndirdilər.

    Tədbirdə Badamdar qəsəbəsi İcra Nümayəndəliyinin və Bələdiyyənin əməkdaşları iştirak etdi. Tədbirin sonunda məktəbin direktoru Sevil Əliyeva çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı üçün daim əlçatmaz bir zirvə olduğunu qeyd etdi. Tədbir Heydər Əliyevin ifasında səsləndirdiyi Azərbaycan şeiri ilə başa çatib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi