"Şuşa-Qarabağın döyünən ürəyi" başlığı altında söhbətlər keçirildi

     Azəbaycan musiqisinin beşiyi olan Şuşa 1992-ci il 8 may tarixində Ermənistan tərəfindən işğal edilib. Bu qədim və müqəddəs torpaq üçüncü onillikdir ki, erməni işğalçılarının tapdağı altındadır. Muzeylər, kitabxanalar, məktəblər, tarixi abidələr ermənilər tərəfindən yerlə yeskan edilib. Şuşa 1905-1907-ci illərdə işğal edilərək yandırıldı, 1920-ci ildə onun böyük hissəsi dağıdıldı, 1992-ci ilin mayında isə tamamilə işğal edildi. 

    Bununla bağlı olaraq, 7 may tarixində  Səbail rayon MKS-nın 6 saylı filialının əməkdaşları "Şuşa-Qarabağın döyünən ürəyi" başlığı altında məktəbin şagirdləri ilə söhbətlər aparılıb. Kitabxanaçı N.Quliyeva ilk əvvəl Şuşanın tarixi, təbiəti, tarixi abidələri haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki. Qarabağ uğrunda mübarizədə yüzlərlə övladını qurban vermiş Şuşa gün gələcək erməni işğalından azad ediləcək və Qarabağ şikəstəsinin sədaları Cıdır düzünə yayılacaq.

    Sonda şagirdlər Şuşa haqqında bildikləri məlumatları danışıb, şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi