"Mütaliəni həyat tərzinə çevirək" adı altında dəyirmi masa keçirildi

    6 may tarixində məktəbin kitabxanasında "Mütaliəni həyat tərzinə çevirək" adı altında dəyirmi masa keçirildi. IV "A" sinif şagirdləri S.M.Qənizadənin "Nağıl" adlı əsərini, C.Məmmədquluzadənin "Buz" hekayəsini oxuyaraq şərh edib maraqlı fikirlər söylədilər. Eyni zamanda kitabxana müdiri Şərqiyyə Qasımova S.M.Qənizadənin həyat və yaradıcılığından, M.Ə.Sabirlə olan dostluq münasibətindən və Azərbaycan maarifliyinin ağırlığını çiynində daşıyan ədibin 50 illik pedaqoji fəaliyyətindən geniş söhbət açıb.

    Məktəbdə bu cür tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri erkən yaşdan kitabxanalara cəlb etmək və onlarda mütaliəyə olan marağı artırmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi