Zərifə Əliyevanın anadan olmasının 96 illiyi ilə bağlı dəyirmi masa keçirildi

    29 aprel tarixində məktəbin tarix müəllimi Günel Quluzadənin təşkilatçılğı ilə VII "B" sinfində Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əliyevanın anadan olmasının 96 illiyi münasibətilə dəyirmi masa keçirildi. Şagirdlər Zərifə Əliyeva haqqında məlumatlar səsləndirmiş, onun tibb sahəsində olan misilsiz izlərindən bəhs etmişlər. Daha sonra Z.Əliyeva barəsinde videoçarx nümayiş olundu. Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olmuşdur. O, 12 monoqrafiya, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi