Mülki Müdafiə günü

    29 aprel tarixində məktəbdə "Tədbirlər planı"na əsasən Mülki Müdfiə günü keçirilmişdir. Tədbirdə Səbail rayonu Fövqəladə Hallar və Mülki Müdafiə İdarəsinin şöbə rəisi Tərlan Bayramov iştirak etdi. 

    Məktəbin Mülki Müdafiə üzrə Qərərgah rəisi Aynurə Qurbanovanın rəhbərliyi ilə yanğın həyəcanı siqnalizasiyası qoşulmuş və şagirdlər məktəbin həyətinə toplaşmışlar. Tədbirdə fövqəladə hallar zamanı xilasetmə işləri, yanğınsöndürmə, ilk tibbi yardımın göstərilməsi praktiki olaraq nümayiş etdirilmişdir. Məktəbin hərbi rəhbəri Eldəniz Niftəliyev tədbir iştirakçılarına Mülki Müdafiə gününün təşkili və keçirilməsi barəsində məlumatlandırılmışdır. Məktəbin V "A", V "B" və VI "B" siniflərində Mülki Müdafiə üzrə "Açıq dərs"lər keçirilmişdir.

    Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarına yönəltmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi