"Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda elmi-praktiki konfrans keçirildi

    Dörd ildən artıqdır ki, Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ənənəyə çevrilən "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda elmi-praktiki konfrans bu ildə 132-134 nömrəli Təhsil Kompleksinde keçirildi. Konfransda Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev və Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov iştirak etdi. Şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqalələri ilə çıxış etdilər.

    Konfransın münsiflər heyətinin sədri, 163 nömrəli tam orta məktəbin tarix müəllimi Ramil Tanrıverdi Səbail rayonunun 16 məktəbinin şagirdlərinin hazırladığı müxtəlif mövzulardan ibarət 80 referatdan 5 ən yaxşı referatı müsabiqənin qalibi seçdilər. Qaliblər arasında məktəbin VIII "A" sinif şagirdi Qəndab Bağırovanın hazırladığı "Azərbaycan Şəddadilər dövləti" adlı referatıda oldu. 

    Qalib şagirdlər öz referatları ilə çıxış edərək ölkəmizin qədim dövrdən müasir dövrə kimi olan tarixi ilə konfrans iştirakçılarını tanış etdilər. Sonda qalib şagirdlərə kitab hədiyyələri verildi və xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi