"Gələcəyin mühəndisi" müsabiqəsində şagirdlərimizin uğuru

    Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş astrofestival keçirilib. Bakı Dövlət Universiteti, Təhsil Nazirliyinin Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi (RUGIM) və Tusi Bohm Planetariumun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Bakı şəhəri məktəbliləri arasında keçirilən “Gələcəyin mühəndisi” müsabiqəsinin iştirakçılarının düzəltdiyi 100 ədəd kosmik gəmi maketləri, kosmik geyimlər və həvəskar astronomların foto sərgisi nümayiş etdirilib.

    Müsabiqənin keçirilməsində və sərgidə işlərin təqdim olunmasında əsas məqsəd məktəblilərin astronomik biliklərinin əhatəsinin genişləndirməsi, onların kosmik sənayeyə marağının artırılması, astronomik maarifləndirilmə sahəsində məktəblilərin bu sahə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, məktəblilərin astronomiya dərnəklərində fəal iştirakının təmin edilməsi və onların arasında kosmik mühəndisliyin təbliği, ictimai diqqətin cəlb edilməsidir.

    Məktəbimizi bu müsabiqədə IX “A” sinif şagirdi Vahid Gəncəliyev və X “A” sinif şagirdi Səid Məmmədli təmsil etdi. Vahid Gəncəliyev sonda fəal iştirakına göre Sertifikatla təltif olundu. Səid Məmmədli isə böyük uğur qazanaraq II yere layiq görülərək Sertifikat, Diplom və pul mükafatı ilə təltif edildi. Şagirdlərimizlə fəxr edir və uğurlarının davamlı olmağını arzulayırıq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi