"İmadəddin Nəsiminin 650 il"liyi ilə bağlı dəyirmi masa keçirildi

    Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyatı xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mənəvi dəyərlərimizə münasibətdə əsaslı dönüş yaranmış ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

    Azərbaycan Respublikasının Prezidentinin 16 noyabr 2018-ci il imzaladığı sərəncama əsasən Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibəti ilə 2019-cu il "Nəsimi ili" elan edildi və bununla əlaqədar məktəbin kitabxana müdiri Şərqiyyə Qasımova dəyirmi masa keçirdi. Dəyirmi masada məktəbin VII "A" və VIII "A" sinif şagirdləri iştirak etdi. Şərqiyyə xanım şagirdlərə İmadəddin Nəsimi haqqında məlumat verdi, videoçarxlar nümayiş etdirdi. Onun Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biri olduğunu bildirdi. Daha sonra şagirdlər şairin lirik şeir və qəzəllərini bədii qiraət şəklində oxudular. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi