“ÖLKƏMİZİ TANIYAQ” maarifləndirici tur aksiyasının növbəti mərhələsi başa çatıb

    Bildiyimiz kimi, orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif  bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Növbəti belə tur aksiyalarından biri də Naxçıvan Muxtar Respublikasına olub. Naxçıvana gedəcək qrupa rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçiliblər. Şagirdlər üçün xususi geyimlər və tələb olunan ləvazimatlar alınıb. Əvvəlcə tur iştirakçıları Rayon İcra Hakimiyyətində ulu öndər Heydər Əliyevin büstü önündə toplaşmış, büstün qarşısına əkil qoyulmuşdur. Daha sonra Səbail Rayon İcra Hakimiyyətinın başçısı Vüqar Zeynalov şagirdlərə turun məqsədi barədə məlumat vermişdir. Naxçıvana səyahət zamanı şagirdlər Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində olub, həmçinin Naxçıvan şəhərinin qədim Ordubad rayonuna da səfər ediblər. Onlar tarixi və görkəmli şəxsiyyətlərin ev-muzeylərində olub, onlara aid şəxsi əşyalar və ekspozisiyalarla bağlı məlumatlandırılıblar.

    Martın 26-da səfərdən qayıdan məktəbin şagirdlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda rayon icra hakimiyyətlərinin əməkdaşları, tədbirin təşkilatçıları, ictimaiyyətin nümayəndələri qarşılayıblar. Naxçıvana səfərdən məmnunluğunu bildirən şagirdimiz  bu səyahət haqqında gözəl təəssüratlarını məktəbin müəllim və şagird kollektivi  ilə bölüşdü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi