31 mart Azərbaycanlıların Soyqırımı ilə bağlı dəyirmi masa və film nümayişi keçirildi

    26 mart 1998-ci ildə Azərbaycan Respublikasının Ümummilli lideri H.Əliyevin “31 mart Azərbaycanlıların soyqrımı Günü” kimi qeyd olunması üçün xüsusi fərmanına uyğun olaraq 1998-ci ildən etibarən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı günü kimi qeyd edilir. Məktəbimizdə də 29 mart Uşaq Birliyi Rəhbəri İntizar Əliyevanın təşkilatçılığı ilə dəyirmi masa və film nümayişi keçirildi. Xalqımızın məruz qaldığı bu dəhşəli faciə şagirdlər tərəfindən bir daha anıldı. Azərbaycanlıların soyqırımından bəhs edilən sənədli film nümayiş edildi. Filmdə soyqrımın baş vermə səbəbləri, gedişi, nəticəsi göstərilərək şagirdlərlə müzakirə edildi. Faciə ilə əlaqədar 1 "A" sinfinin hazırladığı divar qəzeti təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi