"Yurdumuza yaz gəlir" adlı tədbir keçirildi

    19 mart tarixində məktəbin təşkilatçısı Zəhra Həsənovanın təşkilatçılığı ilə idman zalında "Yurdumuza yaz gəlir" adlı Novruz bayramına həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin I-VIII sinif şagirdləri iştirak etdi. İştirak edən siniflər hər biri ölkəmizin ayrı-ayrı bölgələrini təmsil etdilər. Siniflər təmsil etdikləri bölgələrin adət-ənənələrini, tarixini, ədəbiyyatını, milli mətbəxini nümayiş etdirdi. Həmçinin şagirdlərin ifasında Novruz bayramına həsr olunmuş müxtəlif mahnılar, rəqslər və maraqlı səhnəciklər tədbir iştirakçılarına təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi