XOCALI FACİƏSİ UNUDULMUR!!!

2015-ci il 26 fevral tarixində Səbail rayonu 329 № li tam orta məktəbdə Azərbaycan xalqının qan yaddaşına çevrilən, müsibətli faciələrdən biri olan Xocalı soyqırımının 23 -cü il dönümünə həsr olunan tədbir keçirildi. Tədbirin məqsədi gələcəyimiz olan uşaqlara 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə qışın şaxtalı günündə baş vermiş faciə dolu bir günü yaşatmaq və gənclərimizə bu günü unutmamağı, vətənimizə layiqli bir övlad olmağı, vətənpərvər, vətənini,xalqnı,torpağını canından artıq sevməyi aşılamaq idi. Tədbirdə 1-ci, 2-ci, və 4-cü sinif şagirdlərinin Xocalı faciəsi haqqında söylədiyi şeirlər ,6-cı sinif şagirdlərinin vətənpərvərlik ruhunda səsləndirdikləri musiqilər, 7-ci sinif şagirdlərinin qan yaddaşımız olan qanlı faciəyə həsr etdiyi bədii kompozisiyalar, 8-ci sinif şagirdlərinin söylədikləri şeir və musiqilər müəllim və şagirdlərin diqqətinə çatdirildı.Tədbirin sonunda məktəbimizn direktoru Tərminə Əsədova çıxış edərək vətənimizi sevməyi, vətənpərvərlik ruhunda böyüməyi,qan yaddaşımız olan Xocalı faciəsini unutmamağı qeyd etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi