"Xocalı fəryadı" adlı tədbir keçirildi

       Bu il  Xocalı soyqırımından artıq iyirmi yeddi il keçib. Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Xocalı soyqırımı nəticəsində uşaq, qadın, yaşlı olmaqla 613 nəfər qətlə yetirildi, 150 nəfər əsir götürüldü.

    Bununla əlaqədar 25 fevral tarixində məktəbin təşkilatçısı Zəhra Həsənovanın rəhərliyi ilə bu faciənin dəhşətlərinə həsr olunmuş "Xocalı fəryadı" adlı tədbir keçirildi. Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra şagirdlərin hazırladıqları şeirlər, səhnəciklər və slaydlar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi