Breyn-Rinq yarışması

       Fevralın 12-də məktəbin akt zalında müasir dövrün ümumtəhsil məktəb şagirdlərinin tərbiyə olunması sisteminin daha da təkmilləşdirilməsi məqsədi ilə Uşaq Birliyi Rəhbərinin təşkilatçılığı ilə Breyn-Rinq yarışması keçirildi. Yarışmanın əsas məqsədi uşaq və gənclərin sağlam düşüncəli, məntiqi təfəkkürlü, intellektual səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün artırılması və potensial imkanlarının üzə çıxarılması idi. Yarışma 6-11-ci siniflərdən ibarət komandalar arasında keçirildi. Hər bir komandanın heyəti 6 nəfərdən ibarət oldu. Komandalara ümumilikdə 5 sual verildi və hər düzgün cavab 1 xalla qiymətləndirildi. Yarışmanın sonunda aşağı yaş qrupu üzrə 6-cı sinif, yuxarı yaş qrupu üzrə isə 11-ci sinif qalib oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi