"YARAT" müasir incəsənət və Rəngkarlıq muzeyinə səyahət

19.02.2016-cı il tarixində dərsdən sonra sinif rəhbəri Süleymanova Vüsalənin rəhbərliyi altında VIII sinif şagirdləri "YARAT" müasir incəsənət və Rəngkarlıq muzeylərində oldular. Çox yüksək səviyyədə və müasir günümüzə uyğun tərtib edilmiş bu muzeylərdə şagirdlərimiz üçün çox maraqlı və səmərəli gəzinti oldu. Şagirdlər hər iki muzeydə həm yerli, həm də xarici rəssamların sənət əsərləri ilə tanış oldular. Şagirdlərimizə rəssamlıqda olan cərəyanlar, məhşur yerli və xarici rəssamlarımızın həyatı və fəaliyyəti, yaratdığı əsərlər haqqında çox qiymətli məlumatlar verildi. "YARAT" müasir incəsənət muzeyinin gülərüz işçiləri tərəfindən müxtəlif intellektual oyunlar və maraqlı diskusiyalar keçirildi. Şagirdlər bu ekskursiyadan çox razı qaldılar və zəngin məlumatlar əldə etdilər. Müasir dövrümüzdə şagirdlərimizin gələcəkdə bir şəxsiyyət kimi formalaşması üçün bu cür ekskursiyaların böyük rolu var.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi