"Özünüqiymətləndirmə nədir?" mövzusunda seminar

     23 yanvar tarixində yeniyetmə şagirdlərdə özünüqiymətləndirmə, özünə dəyər vermə məqsədi ilə məktəbin psixoloqu Şəlalə Abbasova VIII sinif şagirdləri ilə birgə "Özünüqiymətləndirmə nədir?" mövzusunda seminar keçirtdi. Özünüqiymətləndirmə-insanın özünə özünün keyfiyyəti, imkanı, qabiliyyəti və fəaliyyəti barədə verdiyi qiymətdir. Özünüqiymətləndirmə insanın özünü dərk etməsi ilə sıx bağlıdır.Bu baxımdan insanın mənlik şüurunun formalaşmasında özünüqiymətləndirmə xüsusi yer tutur. Özünüqiymətləndirmə zamanı adətən qiymətin əxlaqi, estetik, intellektual, emosional və s. növlərindən istifadə olunur. Özünüqiymətləndirmə səviyyəsində qiymətverən və qiymətləndirilən eyni adam olduğuna görə burada özünüsevmə, özünəhörmət, ləyaqət hissi geniş yer tutur. Özünüqiymətləndirmə müxtəlif üsullarla öyrənilir. 

    Psixoloq sinifdə hər bir şagirdə özlərini sərbəst surətdə təsvir etməyi təklif etdi. Şagirdlər özləri haqqında danışdılar. Sonda özünüqiymətləndirməsi aşağı olan şagirdlər üçün tövsiyyələr verildi və slaydlar nümayiş edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi