Ülvi hisslərdən Şəhidlik zirvəsinə

    21 yanvar tarixində məktəbin akt zalında "20 Yanvar" şəhidlərinə həsr olunmuş "Ülvi hisslərdən Şəhidlik zirvəsinə"  adlı ədəbi bədii kompozisiya keçirildi. Tədbirdə məktəbin III, V və VIII sinif şagirdləri iştirak etdi. Tədbirin əsas məqsədi 29 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş bu ağır faciəni bir daha anmaq, yada salmaq və heç vaxt unutmamaqdır. Şagirdlər 20 Yanvar haqqında məlumat verərək bildirdilər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. Sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş bir vəhşilikdir. Daha sonra 20 Yanvar şəhidlərinə həsr olunmuş səhnəcik, şeir kompozisiyaları və video çarxlar nümayiş edildi. Sonda məktəbin direktoru Sevil Əliyeva çıxış edərək 20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olduğunu, bizim bu tarixi günü heç bir zaman unutmamalı və xalqımıza qarşı törədilmiş bu amansız vəhşiliyi bizdən sonrakı gənc nəslə çatdırmalı olduğumuzu qeyd etdi. Vətən yolunda həlak olub Şəhidlik zirvəsinə ucalan bütün insanların ruhu şad olsun və Allah Rəhmət Eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi