"20 Yanvar" - Müstəqilliyə gedən yol

                                                                        Məyus olma, amandır,

                                                                        Məyus olmaq, yamandır.

                                                                        Qorxaq diləksiz yaşar,

                                                                        Millətim qəhrəmandır!

                                                                                                      Məhəmməd Hadi

      16 yanvar tarixində məktəbin kitabxanasında Şərqiyyə Qasımovanın təşkilatçılığı ilə "20 Yanvar" faciəsinin iyirmi doqquzuncu ildönümü ilə bağlı bədii qiraət və kitab sərgisi keçirildi. Tədbirdə IV və V sinif şagirdləri iştirak etdi. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükut ilə yad edildi. Kitabxana müdiri Şərqiyyə Qasimova "Şahidin gözü ilə" başlıqlı geniş məruzə etdi. O, bildirdi ki, baş verən bütün hadisələri öz gözü ilə görüb və canlı şahidi olub. 

    20 Yanvar şəhidləri qanları ilə tariximizin şərəfli səhifəsinə yazıblar. Vətənimizin azadlığı, müstəqilliyi uğrunda canlarını qurban verən insanlar öz ölümləri ilə ölməzliyə qovuşublar. Onların qəhrəmanlığı gənclərə əsl vətənpərvərlik nümunəsidir. 

    Nəsillər dəyişəcək lakin vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi