"20 Yanvar" faciəsinin 29-cu ildönümü

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 10.01.2019-cu il tarixli F-05 nömrəli əmrinə əsasən "20 Yanvar" faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planını əsas tutaraq 15.01.2019-cu il tarixdə məktəbin yuxarı sinif şagirdləri ilə konfrans keçirildi. Konfransda şagirdlərə 1990-cı ilin 19-20 yanvarında keçmiş SSRİ-nin silahlı qüvvələrinin Bakı şəhərində törətdiyi vəhşilik, dinc əhaliyə qarşı törədilən silahlı hücumun nəticələri və Azərbaycan xalqının mübarizəsi haqqınmda məlumat verildi. "20 Yanvar" hadisələri vaxtı Bakıda və Azərbaycanın digər rayonlarında 147 nəfər şəhid olmuş, 744-ə qədər insan müxtəlif xəsarətlər almış, 400 nəfər qanunsuz olaraq saxlanılmış, həbs olunmuşdur. 

    Bu hadisələrdən sonra Azərbaycan xalqı bir yumruq olaraq birləşdi və sovet ordusunun qarşısına çıxdı. Mübarizə 1991-ci ilə qədər davam etdi. Azərbaycan 1991-ci il oktyabr ayının 18-i öz müstəqilliyini elan etdi.

    ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN...

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi