“ Azərbaycan xalq zərb çalğı aləti - Nağara” mövzusunda açıq dərs

    8 yanvar tarixində məktəbin musiqi müəllimi Natəvan Hacıyeva tərəfindən IX a  sinifində açıq dərs keçirildi.  Açıq dərsdə məktəbin direktoru Sevil Əliyeva və direktor müavini Aynurə Qurbanzadə iştirak etdilər.  Dərs “ Azərbaycan xalq zərb çalğı aləti-nağara” mövzusunda keçirildi.  Natəvan müəllimə nağara alətinin musiqi mədəniyyətimizdə oynadığı rolu, onun keçmişi və  bugünü  haqqında şagirdlərə ətraflı məlumatlar verdi. Şagirdlər  mövzu ilə bağlı video çarxlar izlədilər, təqdimat hazırladılar və ritmik tapşırıqlar yerinə yetirdilər. Dərsin sonunda şagirdlərin alətin rəsmini çəkdilər və onunla bağlı bildikləri məlumatları bölüşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi