"Şirvanşahlar saray"ına ekskursiya

    Tətil günlərində məktəbin 5a sinfi müəllim Firavan İmranovanın təşəbbüsü və təşkilatçılığı ilə tətil günlərinin səmərli keçirtmək məqsədi ilə "Şrvanşahlar saray"ında ekskursiyada oldular. 

    Ekskursiya zamanı məktəblilər Şirvanşahlar dövrünə aid olan unikal eksponatlar, eləcə də Gürcüstan Milli muzeyinin fondunda saxlanılan XII-XIII əsrlərə aid maraqlı maddi-mədəniyyət nümunələri ilə tanış oldular.  Sərgidə həmçinin Metropolitan, Ermitaj və digər dünya muzeylərinin koleksiyalarına daxil edilmiş Şirvanşahlar dövrünə aid olan eksponatların muzey sahəsində innovativ yenilik olan 3D holoqramlara tamaşa ediblər.Şagirdlər muzeydən xoş təəssüratlarla ayrıldılar.

    Qeyd edək ki, tətil günlərində məktəblilər üçün maarifləndirici tədbir və ekskursiyaların təşkil olunmasında əsas məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında dolğun məlumatları çatdırmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi