"Tütünə YOX deyək"

    4 yanvar tarixində məktəbin tarix müəllimi Günel Quluzadənin təşkilatçılığı ilə 8a sinif şagirdləri "Tütünə yox deyək" adlı seminar keçirdi. Seminarda məktəbin direktoru Sevil Əliyeva və biologiya müəllimi Reyhan Babayeva iştirak etdi. Semiarda məktəbimizin biologiya müəllimi çıxış edərək tütünün insan sağlamlığına vurduğu ciddi fəsadlardan danışdı və möhkəm iradə sayəsində bu zərərli vərdişdən əl çəkərək sağlam həyata qayıtmağın mümkünlüyünü qeyd edildi. Həmçinin məktəbimizin tarix müəllimi də çıxış  edərək bildirdi ki, 31 may bütün dünyada "Tütünə yox deyək" günü kimi qeyd olunur. Bu yolda seminar keçirməkdə məqsəd insanlara tütünün zərərli haqqında maarifləşdirici çalışmalar aparmaq, bu vərdişdən insanların qurtulmasının yollarını göstərmək və siqaret çəkən insanların öz sağlamlıqları naminə siqaretə yox deyən insanlara qoşulmalarını təmin etməkdir. Tütünün tərkibi və insanlara vurduğu zərər haqqında məktəbin şagidləri də maraqlı məlumarlar verərək video çarxa tamaşa etdilər. Sonda məktəbin direktoru Sevil Əliyeva çıxış edərək tütünün insan orqanizminə mənfi təsirləri haqqında fikir bildirdi və insanları bu zərərli  vərdişdən uzaq durmağı tövsiyyə etdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi