"Hiperaktiv uşaqlar" mövzusunda seminar

    3 yanvar tarixində məktəbin psixoloqu Şəlalə Abbasova məktəbin pedaqoji kollektivi ilə “Hiperaktiv uşaqlar” mövzusunda seminar keçirtdi. Şəlalə Abbasova ilk öncə kollektivə “Hiperaktiv uşaqlar” mövzusunda ətraflı məlumat verdi. Diqqət pozğunluğu və hiperaktivlik vəziyyəti adindan da məlum olduğu kimi uşaqlarda əsasən anadan olduqdan sonra yaranan və xüsusilə 3-4 yaşlarından etibarən büruzə verən yaşıdlarına və inkişaf dövrü ilə müqayisədə həddən çox hərəkətlilik bir yerdə dayanmamaq xüsusiyəti ilə birlikdə diqqətin tez dağılması diqqəti uzun vaxt bir işdə izləyə bilməməsi ilə xarakterizə olunan vəziyyətdir. Ümumiyətlə bu uşaqlar diqqətini uzun vaxt mərkəzləşdirə bilmir, başladıqları işləri sona çatdırmaqda çətinlik çəkir, diqqətin vacib olduğu işlərdən qaçır, əşyalarını tez-tez itirir və gündəlik işlərdə unutqanlıqları vardır. Adətən bu problem məktəblilərdə daha çox müşahidə olunur. Həmin uşaqlar müəllim dərs başa salarkən qələmlə oynayırlar, partanın üstün yazırlar, çantayla oynayırlar və bununla başqa uşaqlarında fikirlərin dağıtmağa çalışırlar.

    Daha sonra Şəlalə Abbasova bir neçə tövsiyyələrlə bu cür uşaqlarla necə davaranmaq lazım olduğunu müəllimlərə çatdırdı. O, bildirdi ki, belə uşaqlar üçün ən uyğun davranış forması onları cəzalandırmaq yerinə əksinə mükafatlandırmaqdır. Onları özünə köməkçi kimi götürüb bəzi tapşırıqlar verin. Bu uşaqlar lövhəyə yaxın olan partada, sakit bir uşağın yanında və müəllimin asanlıqla gördüyü, xəbərdarlıq edə biləcəyi yerdə əyləşməlidir.Dərs müddətində arada istirahət etməsinə izin verməli və uzun müddətli tapşırıqları kiçik hissələrə bölməlidir. Seminarın sonunda məktəbin psixoloqu Şəlalə Abbasova müəllimləri maraqlandıran sualları cavablandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi